QUBA KÜÇƏLƏRİ XÜSUSİ VASİTƏLƏRLƏ YUYULDU

Fevralın 10-11-i Quba şəhərində ümumşəhər iməciliyi təşkil olunub. İməciliyin keçirilməsində əasas məqsəd şəhərimizin daha da abadlaşdırılmasıdır. İməcilikdə şəhərin küçələri xüsusi texnikalardan istifadə olunmaqla yuyularaq təmizlənib, şəhərdə fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların ətrafında təmizlik, abadlıq və səliqə səhman işləri həyata keçirilib. Habelə bir neçə yerdə müxtəlif növdə ağaclar əkilib. İmıcilikdə şəhər sakinləri, idarə və müəssisələrin, kommersiya təşkilatları və digər qurumların əməkdaşları iştirak edib. Qeyd edək ki, son bir neçə ay ərzində Quba şəhərində, eləcə də rayonun bir sıra digər yaşayış məntəqələrində tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülüb. Belə ki, Quba şəhərinin 30-dan artıq küçəsində 50 min kv-metrdən artıq asfaltlaşma işləri görülüb, şəhərin bir sıra küçələrində səkilər təmir olunub və asfaltlanıb, yeni bardürlər quraşdırılıb, təmir və yenidənqurma işləri həyata keçirilib, bir sıra istiqamətlərdə minlərlə müxtəlif növ ağac əkilibdir. Habelə 250-dən artıq işıq dirəyi rənglənib, yuyulub və yenidən qurulub. Quba RİH-nin Quba şəhəri üzrə nümayəndəliyinin memarı İsmayıl İsmayılov bildirdi ki, 3 km uzunluğunda olan Alikseyevka- Zizik yolunda asfaltlama işləri aparılıb. Hal hazırda rayonun qeyd olunan istiqamətlərində işlər davam etdirilməkdədir.