QUBA-İSPİK AVTOMOBİL YOLU YENİDƏN QURULUR
Baxış sayı: 501
Quba – İspik avtomobil yolunda asfaltlama işləri həyata keçirilir. Hal hazırda yolun 7,5 km. – lik ərazisində yol yatağı tam kipləşdirilib, asfalt – beton işlərinə başlanılıb və yol asfalt örtüyünün salınması üçün hazır vəziyyətə gətirilib. Yolun 1 km. hissəsində isə artıq asfaltlama işlərinə başlanılıb. Əgər havalar yağmursuz keçərsə, qısa vaxt ərzində yolun geri qalan hissəsinə də asflt-beton örtüyünün çəkilməsi nəzərdə tutulub.Bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulmasına və asfaltlanmasına başlanmış Quba - İspik avtomobil yolunda işlərin gedişatı ilə yerində tanış olmuşdur. Rayon rəhbəri İspik kənd sakinləri ilə görüşüb və aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.Qeyd edək ki, Quba - İspik avtomobil yolunun asfaltlanması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Bu yolun asfaltlanması Quba rayonunda turizm imkanlarını da genişləndirəcək.