QUBA DESTİNASİYA MENECEMENT TƏŞKİLATININ TƏQDİMATI KEÇİRİLDİ

Ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər müsbət töhfələrini verməkdədir. İyunun 21-də təqdimatı kecirilən Quba Destinasiya Menecmenti Təşkilatı Quba-Qusar bölgəsi üzrə

turizm layihələrinin icrasına dövlət dəstəyini həyata keçirəcək.

Quba Destinasiya Menecmenti təşkilatının təqdimat mərasimində  bildirilib ki, bu qurumun yaradılmasında əsas məqsəd  Quba-Qusar bölgəsi üzrə turizm layihələrinin icrasına dövlət dəstəyini həyata keçirməkdir. Təqdimat mərasimində çıxış edən Quba Rayon icra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev son dövrlər  ölkəmizdə, o cümlədən Qubada digər sahələrlə yanaşı turizmin inkişafı istiqamətində də əldə olunan nailiyyətləri konkret faktlarla iştirakçıların diqqətinə çatdırdı. İcra başçısı vurğuladı ki,2016-cı ilin sonunda dövlət başçımızın sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında  ixtisaslaşmış  turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq Qubada da turizm sənayesinin effektiv fəaliyyətinin təmin olunması istiqamətində işlər görülür.Həm daxili  turizmin inkişafı, həm də Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası , ölkəmizə daha geniş miqyasda xarici turist səfərlərinin təşviq edilməsi  başlıca vəzifələrdəndir.Azərbaycanımızın turizm sahəsində artıq bir brendi olan Quba rayonu əıverişli coğrafi mövqeyinə və zəngin infrastrukturuna görə turistlərin ən sevimli məkanlarından birinə çevrilib.Qubada saysız hesabsız təbiət möcüzələri, 162 tarix və memarlıq abidələri var. Rayon ərazisində 50-dən artıq otel və otel tipli müasir istirahət mərkəzləri fəaliyyət göstərir.Füsunkar təbiətli quba həm yay həm də qış turizmi üçün yüksək potensiala sahibdir.

Dövlət  turizm Agentliyinin sədri Fuad Nağıyev isə çıxışında ölkəmidə  turizmin inkişafı istiqamətində görülən işlər və bu sahədəki perspektivlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, qeyd olunan istiqamətlər üzrə Quba rayonu xüsusilə fərqlənir. Gələcəkdə quba-Qusar bölgəsində turizmin inkişaf layihələrinin icrasına dövlət agentliyi olaraq hər cür dəstək və yardım göstəriləcək.

Təqdimat mərasimində turimm sahəsində fəaliyyət göstərən  yerli və xarici mütəxəssislərin təqdimat xarakterli mərizələri dinləndi.Quba-Qusar bölgəsinin turizm potensialı və perspektivləri geniş müzakirə olunub.

Təqdimat mərasimindən sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin əliyev və dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Qafqazın yeganə turizm təyinatlı Televiziyası olub Qubada fəaliyyət göstərən Qafqaz televiziyasının qonağı oldular. Eltən Qədimbəyli baş direktoru olduğu Qafqaz Müstəqil Televiziya və Radio Şirkətinin fəaliyyət istiqamətləri, hazırkı telelayihələr və perspektiv verilişlər, əməkdaşların yaradıcılıq potensialı və fəaliyyət  şəraitləri  barədə ətraflı məlumat verib. Yeni qurulan Qafqaz Televiziyasının müasir texniki avadlanlıqları, yayım və montaj otaqları, çəkim studiyaları qonaqlarda xoş təəssüratlar yaradıb.