Şəhərin səs küyündən yaxa qurtarıb, şəhərin kamfortu ilə təbitətin birliyini bir araya gətirmək istəyənlər Quba Cənnət Bağı istirahət mərkəzini seçirlər.Şimal
regionunda yaradılan ilk ailəvi istirahət mərkəzlərindən olan Quba Cənnət Bağı daima müştərilərini düşünür.
Və burada müxtəlif əyləncəli proqramlarla yanaşı, həm də sənət adamları ilə görüşlər keçirilir. İstirahət Mərkəzinin bu dəfəki qonaqları “Çardaq” Art Platforması idi. Turistlər rəssamlar Elşən Karaca və Anar Hüseynzadə ilə xoş anlar yaşayıblar. Belə ki, izləyənlər əvvəlcə rəssam Elşən Karacanın keçirdiyi art-taerapiyada iştirak ediblər.
Sonra isə tanınmış rəssam Anar Hüseynzadənin master-klası təşkil olunub.Qeyd edək ki, rəssam Elşən Karaca art-terapiya fəaliyyətini hal hazırda Türkiyə və Azərbaycanda müxtəlif aiditoriyalarda həyata keçirməktədir. 1 saatlıq fasilədən sonra Tanınmış rəssam Anar Hüseynzadə izləyicilər qarşısında rəsm əsəri yaradaraq, onları təəccübləndirməyibacardı.
Qeyd edək ki, tanınmış rəssam Anar Hüseynzadə yalnız ölkəmizdə deyil, dünyanın bir sıra ölkələrində də yaradıcılığı ilə diqqət çəkməkdədir.Gördüklərimizdən belə nəticəyə gəldik ki, turistlər üçün nümunəvi, keyfiyyətli və yüksək səviyyədə xidmət göstərilən Cənnət bağı istirahət mərkəzinin seçilməsi heçdə təsadüfi deyil.Bura gələn turistlər Cənnət bağının sözün əsl mənasında bir cənnət olduğunu deyirlər.