Sözügedən proqramın heyət üzvləri Azərbaycanın gəzməli-görməli yerlərinə baş çəkməklə yanaşı Quba mətbəxinin simvolu sayılan bükmənin hazırlanması ilə tanış olublar...
Şirniyyat ustası Məmməd Talıbov quba bükməsinin hazırlanma texnologiyasından tutmuş tərkibinə qədər bütün incəlikləri izah edib. Turistlərin ən çox sevdiyi şirniyyat olan Quba bükməsinin tərkibi çox sadə görünsə də proses olduqca çətin və zəhmət tələb edir. Təsadüfi deyilki bu zəhmət tələb edən şirniyyatı yalnız kişilər hazırlayır. Amma bundan çəkinməyərək özünü sinayan xanım aparıcı, bu işin çətin olduğu qədər əyləncəli olduğunu da dilə gətirdi. Əcnəbilərin Quba bükməsinə belə aludə olması bir daha Azərbaycan şirniyyatlarının dadının bənzərsizliyini sübut etməyə imkan verir. Onu da bildirək ki, veriliş boyu həmçinin rəssam Əli Şəmsinin emalatxanasına, Zərifə Salahovanın Miniatür Kitab Muzeyinə baş çəkilib, Azərbaycan cazı haqda danışılıb. Eləcə də azərbaycanlıların çay mədəniyyəti ilə çay süfrəsi arxasında tanış olunub. Bundan əlavə, aparıcı İçərişəhərdə əfsanəvi “Brilyant əl” sovet filminin iki məşhur epizodunun çəkildiyi məkanlarda da olub.