QUBA BAZARINDA ALICILARINI KİTAB OXUYA-OXUYA GÖZLƏYƏN VAR

Hər şey bu fotoyla başladı... onu ilk görəndə qəribəydim həm insanlığın gələcəyindən ümidli,həm biraz oxumaga vaxtim az olur sözümə görə utanclı. Quba bazarında şəklini çəkdiyim o satıcı nənə məni necə duyğulandırdısa,bu mövzuya,məkana sırf onun üçün yenidən qayıtdım ,

qayıtmaya bilməzdim özüdə bu dəfə həm kiçik hədiyyəylə, həm də çəkiliş qrupumuzla ... hələki onun heçnədən xəbəri yoxdur.... İlk baxışdan sizə adi gələ bilər ,bir yaşlı üzü nurlu nənə bazarda satıcılıqla məşğuldur,o artıq 12 ildirki bu bazarın sakinidir.lakin nənəni hamıdan fərqləndirən onun alver etdiyi zaman deyil,boş vaxtlarıdır... Bəlkədə doğru olmayan ,ama içimdə məni rahat buraxmayan sualımı verməkdən özümü alı qoya bilmədim.Bəs niyə bazarda çalışırsız sualıma belə çox mahiranə cavab verən Zöhrə nənənin sözlərinə bazar özü də bir məktəbdir ... Yax¬şı bir ki¬tab qə¬dər heç nə in¬sa¬na zövq ver¬məz, hə¬yə¬can¬lan¬dır¬maz, il¬ham ver¬məz, və ya sevindirməz düşündük və Kitab qurdu Zöhrə nənəyə hədiyyəsini verdik sevinci isə yerə göyə sığmadığı hər halından bəllidir,əsl kitabsevərlərə bu hislər yaxşı tanışdır Kitab oxumağın bir insana qatacağı bütün möhtəşəmliyə Sahib olan nənəmiz çağdaş gəncliyimizə bizim vasitəmizlə tövsiyyələrini verməyi də əsirgəmədi. Zöhrə nənəyə baxdıqca insan bir daha anlayırki ,Kitab Oxumaq həyatı sevdirər. düşüncələri yetkinləşdirər , kobudluqdan uzaqlaşdırır,gözəl görməyimizi təmin edər. danışıq qabiliyyətimizi qüvvətləndirər, və daha nələr nələr Sevindirici haldır ki ,Kitab oxuma son illərdə yenidən populyarlaşır,bir düşünün hətta o qədər populyarlaşıbki , siz bazarda dolaşırsız bir biriylə ucadan danışan ,qeybət və ya sadəcə söhbət insanlar yerinə müştərisini gözləyərkən kitab oxuyan bir toplumda yaşayırıq. gözəldir ,elədir?təkcə arzu kimi qalmamaq diləyi ilə ...