QONAQKƏNDƏ QAZ ÇƏKİLİR

Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramı çərçivəsində Quba-Qonaqkənd yolunun çəlilişi ilə yanaşı bu istiqamətdə yerləşən yaşayış məntəqələrinin  mavi yanacaqla təchizatı yönümündə də işlər aparılır.

Rayonun Təngəaltı-Qonaqkənd istiqamətindəki kənd və qəsəbələrin təbii qazla təchizatı işləri basa çatmaq üzrədir.Qonaqkənddə aparılan qaz çəkilişi işlərinin vəziyyəti ilə maraqlanan Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə məlumat verilib ki, hazırda məhəllələrarası fərdi yaşayış evlərinə qaz paylayıcı xətlərin çəkilişi aparılır.İlk dəfə kəndlərinə təbii qaz çəkilən qonaqkəndlilər  bu önəmli sosial layihənin icra olunmasından razılıqlarını bildiriblər. Qeyd edək ki, Qubanın Dəvədabanı yaşayış massivinin də mavi yanacaqla təchizatı istiqamətində  işlər aparılır.3 min nəfərdən artıq əhalisi olan bu yaşayış məntəqəsində 800-dən artıq abonent təbii qazla təmin olunacaq.Həmçinin Qubanın Hacıhüseynli və Əliməmmədoba kəndlərində də qaz çəkilişi işləri başa çatmaq üzrədir.Ümumilikdə bu ilin sonunadək Quba rayonunun 11 yaşayış məntəqəsinə mavi yanacaq çəkilişi başa çatdırılacaq.