QONAQKƏNDDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV XATİRƏ KOMPLEKSİNİN TİKİNTİ İŞLƏRİ DAVAM EDİR

Qeyd edək ki,Qonaqkənd qəsəbəsində ulu öndər Heydər Əliyevin xatirə kompleksinin yenidənqurulması işlərinə cari ilin mart ayının əvvəllərindən başlanıb.

Həmin tarixdə əraziyə baxış keçirilən zaman mövcud kompleksin ərazisinin genişləndirilməsi və bu məqsədlə ətrafdakı tikililərin və özəl obyektlərin sahibləri ilə danışıqlar aparıb anlaşma əldə olunması qərara alınmışdı. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin bu təşəbbüsünü razılıqla qarşılayan tikili sahibləri Qonaqkənddə ümummilli lider Heydər Əliyevin xatirə kompleksinin ərazisinin genişləndirilərək yenidənqurulmasını təqdir etdiyini vurğulayıblar.Artıq kompleksin ətrafındakı tikililər sökülüb və ərazi 15 sotadək genişləndirilib.Hazırda kompleksin xüsusi dizayn əsasında layihələndirilməsi işləri yekunlaşmaq ərəfəsindədir.Quba rayon icra hakimiyyətindən verilən məlumata görə kompleksin mərkəzində ulu öndərin yeni abidəsi ucaldılacaq.Ərazi fasadı aqlay daş və mərmər-qranitli hasarla əhatəyə alınacaq. Burada dekorativ yaşıllıqlar salınacaq, müasir işıqlandırma sistemi quraşdırılacaq.Həmçinin,komplekslə üzbəüz ərazidəki köhnə tikililər də sökülüb və yerində ümumi sahəsi 350 kvadratmetr olan Mədəniyyət evi binası da tikilir ki, bu da qəsəbənin mədəni həyatına müsbət töhfələr verəcək.Qeyd olunan layihələrin cari ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur.