QOLF ÜZRƏ YARIŞMA BAŞLAYIB

Azərbyacanın turizm məkanlarından olan Qubada sentyabrın 17-dən qolf turizminin tanıtımına xidmət edən yarşıma təşkil olunub. Azərbyacanın turizm məkanlarından olan Qubada bu gün qolf turizminin

tanıtımına xidmət edən yarışma təşkil olunub. Yarışmada artıq bu idman növü üzrə peşəkar olan dünyanın 10 ölkəsindən 18 nəfər iştirak edirdi. Məqsəd götürülüb ki, 10 ölkənin peşəkar oyunçuları bu bölgənin turizm potensialı ilə tanış olduqdan sonra öz ölkələrində Azərbaycanda qolf üçün hər çür şəratin yaradıldığını qeyd etsinlər. Xarici qonaqlar burada qolf üzrə yaradılan şəraitdən razı qaldıqlarını vurğuladılar. Xarici turist hindistanlı iştirakçı Arun Lyer Qubanın təbiətinə heyran qaldığını dilə gətirirərək, burada yaradılan şəraitdən razı qaldığını vurğuladı. Yarışmada vətənimizdən iştirak edən iştirakçılar da üstünlük təşkil edirdi. Uzun illərdir qolf sahəsində fəaliyyət göstərən müsahibimiz Sevda Əsgərova sevimli idman növünün  Azərbaycanda təşkil olunduğuna çox sevindiyini bildirdi.  Yarışma sentyabrın 18-də yekunlaşacaq və l, ll və lll yerlər bəlli olacaq. Bu yarışmadan sonra düşünürük ki, xarici ölkələrdən gələn qolfçuların xoş təsüratları Azərbaycanda qolf festivalının keçirilməsinə təkan verəcək, Qubaya xarici ölkələrdən bir çox turlar təşkil olunacağı ümid edilir.