"QLOBAL KƏND DİL KAMPI" LAYIHƏSİNƏ START VERİLDİ

Qusarın İmamqulukənd tam orta məktəbində şagirdlərə oyun və əyləncəli metodlarla ingilis dili dərsləri keçməyi hədəfliyən “Qlobal Kənd Dil Kampı” layihəsinə start verilib. Tədris prossesinə 75 şagird , 15 müəllim, 10 könüllü , 15 himayəçi ailə cəlb olunub.Sosial şəbəkələrdə toplanan vəsait hesabına başlayan layihəyə sonradan 100-ə yaxın kitab və digər məktəbli ləvazimatları da hədiyyə edilib.Təşəbbüs məktəbin tarix müəlliməsi Suqra Cəfərovadan gəlib. Suqra Cəfərova kənd məktəbində tarix müəlliməsi olmaqla yanaşı , həm də kənd icması və məktəblilərlə müxtəlif maraqlı layihələr həyata keçirir. Qeyd edək ki, layihə mayın 21 - dək hər həftə sonu baş tutacaq.