QIŞ AYLARINDA DAHA ÇOX HANSI QİDALARA ÜSTÜNLÜK VERMƏLİYİK?

Qış fəsli orqanizm üçün ən çox vitamin tələb olunduğu zamandır.Məhz bu fəsildə vitaminlər faydalı qidalar vasitəsi ilə orqanizmi qidalandırmaq lazımdır .Bu qidalar hansıdır və hansı qrup vitaminlərlə zəngindir?

Soyuq qış aylarında hər birimiz geyindiylərimizə diqqət etdiyimiz kimi,qəbul etdiyimiz qidalara da əhəmiyyət verməyimiz çox vacibdir.Çünki havaların soyuq keçməsi immunitetimizdə müəyyən geriləminin baş verməsinə səbəb olur.Bu da öz növbəsində qrip, soyuqdəymə kimi xəstəliklərin ortaya çıxmasına gətirib çıxarır.Bəs görəsən sağlamlığımızı qorumaq üçün soyuq qış günlərində hansı qidalardan istifadə etmək daha məsləhətlidir?Hazırda əhali arasında xüsusən uşaqların daha çox yoluxduğu yüksək hərarətlə müşayət olunan virusun yayıldığını da nəzərə alsaq azyaşlıların qidalanmasına qarşı daha diqqətli olmalıyıq.Qışda bizi azı 4-5 ay soyuq havalar gözləyir.Ekspertlər əmindilər ki, əgər savadlı şəkildə qidalanıb, orqanizmimizə “qış enerjisi” versək, 3-4 həftədən sonra buna uğurla adaptasiya olacaq, özümüzü qışda belə əla hiss edəcəyik.