Yaşıllıqlarla əhatələnən Quba “Cənnət Bağı” istirahət mərkəzi ilin bütün fəsillərində turistlərin sevimli məkanı olsada yay ayalarında bura gələnlərin sayı qış turizm mövsümünə nisbətən daha çox olur
Füsünkar Quba öz təbiəti və tarixi ilə daim turistləri cəlb edir. Burda bir-birindən maraqlı və gələn turistlərin də ürəyincə olacaq istirahət mərkəzləri də boldur. Bunlardan biri və turistlər arasında ən geniş yayılanı Cənnət Bağıdır. Səfalı Nügədi kəndini keçib dağlar qoynundakı Amsar kəndinə daxil olan kimi gözəl təbiət mənzərələri ilə Cənnət Bağı istirahət mərkəzi bura gələn qonaqların diqqətindən yayınmır. Təbiətin müxtəlif mövsümündə burda bir başqa gözəllik, bir başqa unudulmaz mənzərəsi var. Cənnət Yurdun cənnət guşəsində bir cənnət bağıdı sanki Cənnət Bağı istirahət mərkəzi. Bağ-bağatı, böyüklər və kiçiklərin asudə vaxtını unudulmaz və yadda qalan edəcək hər cür şərait var burda. Turistlər üçün yaradılan şəraitdən başqa buranın gülər və öpeşəkər personalı da gələn qonaqlara dünya standartlarına uyğun hər cür xidmət göstərirlər. Amma Cənnət Bağı İstirahət mərkəzinin qubadakı digər istirahət mərkəzlərindən fərqləndirən ən başlıca xüsusiyyət buranın bütün mövsümdə turistləri qəbul etməyə hazır olmasıdır.
Bu istirahət mərkəzinin bir başqa özəlliyi isə Restoranda istifadə edilən qida məhsullarının 60%-inin İstirahət Mərkəzinin təsərrüfatında istehsal edilməsidir. dünyanın müxtəlif turizm şirkətlərinin bura təşkil etdiyi infoturlardan sonra azərbaycanda istirahət etməyə qərar verən müştərilərinə məhz qubanı və cənnət bağını seçməyi məsləhət görürülər. Ona görə də heç də təsadüfi deyil ki, hər mövsümdə burda çoxlu sayda əcnəbi turistlərinə rast gəlmək olar.
Onu da qeyd edək ki, gözstərilən yüksək xidmətət baxmayaraq bura hər kəs üçün münasibdir..