QIRĞIZISTAN VƏ TACİKİSTAN ARASINDA MÜNAQİŞƏ YAŞANIB

Aprelin 29-da Qırğızıstan sərhədçiləri xüsusi təyinatlı dəstələrin Tacikistanın sərhəd zastavasını tutduğunu bildiriblər. Zastavanın binasına od vurulub.Qırğızıstan və Tacikistanın Sərhəd zonasında aprelin 28-də qızışan münaqişədə hər iki tərəfdən 150-yə yaxın yerli sakin iştirak edib. Bişkekdən verilən məlumatda bildirilir ki, qarşıdurma aprelin 28-də Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün dirəklərə videokameralar quraşdırmasından sonra başlanıb.Qırğızıstan vətəndaşları buna qarşı çıxıb və dirəkləri mişarla kəsmək istəyiblər. Sonra sakinlər bir-birilərini daşa basıblar. Gecə qarşıdurma kəskinləşib və tərəflər odlu silaha əl atıb.Aprelin 29-da axşam saatlarında tərəflər atəşkəs barədə razılığa gəlinib, atəş dayandırılıb.RİA Novosti agentliyinin Qırğızıstanın Batken vilayətinin Daxili İşlər İdarəsinə istinadən verdiyi bilgiyə əsasən Aprelin 30-da Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başlayıb.Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, aprelin 30-u yerli vaxtla saat 8:00-a olan məlumata görə qırğız tərəfdən 134 adam yaralanıb. Onların bir çoxunun vəziyyəti ağırdır. 25 ağır yaralı xüsusi təyyarə ilə Batkendən Bişkekə aparılıb.