QIRĞIZISTAN SƏFİRİ “QAFQAZ TV” NİN QONAĞI OLDU

Qırğızıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Kayrat Osmonəliyev ölkənin ilk biznes və turizm kanalı olan Qafqaz televiziyasında oldu. Qırğızıstan səfirininin Televiziyaya gəlişi tanışlıq məqsədi daşıyıb. Televiziyanın rəhbəri Eltən Törəçi qonağa “Qafqaz TV” nin fəaliyyəti barədə ətraflı məlumat verdi. Sonra hörmətli qonağa televiziyanın fəaliyyəti ilə yaxından tanış olması üçün, montaj, yaradıcı və çəkiliş otaqları göstərildi.