QIRMIZI QƏSƏBƏDƏ YENİ TURİZM MƏLUMAT NİŞANLARI İSTİFADƏYƏ VERİLİB

Dövlət Turizm Agentliyinin və İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri Quba rayonunun Qırmızı qəsəbəsində yeni turizm məlumat nişanlarının istifadəyə verilməsi məqsədiylə bir araya toplaşıblar.Dövlət Turizm Agentliyinin və İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri Quba rayonunun Qırmızı qəsəbəsində yeni turizm məlumat nişanlarının istifadəyə verilməsi məqsədiylə bir araya toplaşıblar.Belə ki ,Qəsəbənin müxtəlif yerlərində turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi məqsədi 18 ədəd yeni nişan quraşdırılıb.Məlumat verilibki ,Bu turizm nişanları vasitəsilə həm əcnəbi, həm də yerli turistlər qəsəbə boyu gəzməli və görməli yerlərin istiqamətlərini müəyyən edə, eləcə də ərazidə quraşdırılmış turizm informasiya lövhələrində həmin obyekt haqqında vacib məlumatları əldə edə biləcəklər. İştirakçıları Heydər Əliyev parkı - Altı günbəzli sinaqoq - Tağlı körpü marşrutu üzrə hərəkət edərək qəsəbənin gəzməli-görməli yerlərini də gəziblər, dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbəyə səfərləri çərvivəsində yenicə istifadəyə verilən Qırmızı qəsəbənin informasiya mərkəzi və Dünyada analoqu olmayan dağ yəhudilərinin ilk muzeyi ilə də tanış olublar. Qeyd edəkki ,Azərbaycanda yəhudi irsinin təbliği istiqamətində Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və İsrailin Azərbaycandakı səfirliyi gələcəkdə növbəti layihələri də birlikdə həyata keçirməyi planlaşdırır. Hal hazırda açılışını etdiyimiz bu nişanlar böyük bir layihənin tərkib hissəsidir.bu layihə təkcə Qubada ,Qırmızı Qəsəbədə deyil, Azərbaycanın digər bölgələrində də davam eləyəcək. həm Qubada, həm də bütünlükdə Azərbaycanda turizmin bərpası üçün işlər görəcəyik. İsrail həqiqətən də Azərbaycanın irsini dəstəklədiyi üçün fəxr edir. Bu yalnız yəhudi icması ilə bağlı deyil, müxtəlif layihələrlə Azərbaycana dəstək göstərməkdən məmnunuq. Biz pandemiya dönəmindən fürsətdən istifadə edib çalışırıqki infrastruktur, .eyni zamanda institisial işlərlə bağlı məsələlərlə bağlı işlərimizi yekunlaşdıraq.təbiki hər şeyin olduğu kimi pandemiyanında sonu gözlənilir biz dövlət olaraq vətəndaşlar olaraq özümüzü postpandmeiya dönəminə hazırlayırıqki ,səfər edəcək qonaqlarımız üçün eyni zamanda yerli turistlərimzi üçün hər şey əlçatan olsun və artıq digər regionlarımıza səfər edən insanlar bilsinlər ki ,nə hardayerləşir və nə qədər uzqlıqdadır və onlar üçün nə isə tapmaq çətinliyə çevirilməsin Bu muzey dunyada ilk muzeydir dağ yəhudilərinin tarix muzeyi başqa bir yerdə belə bir muzey yoxdur birinci belə muzey qırmızı qəsəbədə tikilib. Bununla yanaşı, Qırmızı qəsəbə və Quba Destinasiya Menecmenti Təşkilatı bu piyada nişanları əsasında turistlərə yəhudi irsi üzrə turlar təşkil etməyi də nəzərdə tutur.Azərbaycanda yəhudi irsinin təbliği istiqamətində Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və İsrailin Azərbaycandakı səfirliyi gələcəkdə növbəti layihələri də birlikdə həyata keçirməyi planlaşdırır.