QIMIL KƏNDİNDƏ GÖRÜŞ KEÇİRİLİB

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Küpçal kənd inzibati ərazi dairəsinin Qımıl kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbuldan əvvəl Rayon İcra

Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Qımıl kəndində inşa edilmiş Şəhidlər bulaq-xatirə kompleksi ilə tanış olub.Qəbulda Quba rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə Qımıl kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir. Qımıl kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.