QİAD TƏŞKİLATI QUBADA SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİB

Quba İş Adamlarına Dəstək (QİAD) təşkilatı sahibkarlarla görüş keçirib. Quba şəhərində baş tutan

görüşdə Azərbaycanın müxtəlif bölgələrini, həmçinin Quba rayonunu təmsil edən 250-dən çox sahibkar, habelə müxtəlif sahələrdən olan çoxlu sayda qonaq iştirak edib.Tədbir təşkilatın İdarə Heyətinin sədri Cabbar Heybətovun çıxışı ilə başlayıb, o, iştirakçılara QİAD-ın hədəfləri, məqsədləri və gələcək planları barədə bilgi verib.Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, millət vəkili Əlibala Məhərrəmzadə, Türkiyə səfirliyinin ticarət baş müşaviri Yakup Sefer, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə, “MÜSİAD Azərbaycan” İdarə Heyətinin sədri Rəşad Cabirli və digər şəxslər çıxış ediblər. Tədbirin əsas məqsədi sahibkarların əlaqələrinin genişləndirilməsi, bölgədə iqtisadi tərəqqinin dəstəklənməsi, regionda sahibkarlığın inkişafına töhfə vermək, ticarətin artırılması, investisiyaların cəlb olunmasıdır.Tədbirdən sonra qonaqlar və QİAD-ın üzvləri "ABAD istehsalat kompleksi"ni ziyarət edib, istehsal proseslərilə tanış olublar.