QHT RƏHBƏRLƏRI AĞDAMA SƏFƏR EDİBLƏR
Baxış sayı: 1246
Avqustun 17-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər.
Nümayəndə heyəti əvvəlcə Pənahəli xanın Ağdam şəhərində yerləşən imarəti və İmarət stadionu ilə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ermənilərin vəhşiliyinə məruz qalan tikili barədə məlumat verib.