Hazırda ölkədə vergi qeydiyyatından keçən 1 milyona yaxın şəxs olsa da, onların müəyyən hissəsi qeyri-aktiv ödəyicilərdir.
Müxtəlif səbəblərdən vergi uçotuna düşən şəxslər illər ərzində heç bir sahibkarlıq fəaliyyəti həyata keçirməyib, bəyannamə və ya hesabat təqdim etməyiblər.Bu zaman belə bir sual ortaya çıxır, VÖEN-i passiv olan şəxslər birdəfəlik ödəniş üçün müraciət edə bilərlərmi? Namiq Dərgahov eləcədə fəaliyyəti qeyri-aktiv olan şəxslərdən VÖEN bağlatdırmalarını tələb etmək məsələsinə də toxundu. Xatırladaq ki, vətəndaşlar işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üçün elektron qaydada e.sosial.az portalına müracət edib qeydiyyatdan keçməlidirlər .Bir dəfə qeydiyyatdan keçən və aprel ayı üçün birdəfəlik ödəmə almaq hüququ olan vətəndaşların növbəti dəfə ödəniş almaq üçün qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.