QAZLI İÇKİLƏR UŞAQLARDA XƏRÇƏNG RİSKİNİ ARTIRIR

Verdiyi zərər baxımından fəst-fudlarla yarışacaq içkilər yay aylarında daha da məhşurlaşır. Mütəxəssislər müxtəlif kremlər, rəngləndirici və dadlandırıcı maddələr, eləcə də bol

miqdarda şəkər ehtiva edən bu içkilərin piylənməyə səbəb olmaqla yanaşı, immunitet sistemini də zədələdiyini bildirirlər. Medicina.az-a xəbər verir ki, mövzuyla əlaqədar uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Bora Baysal bunları söyləyib:

“Uşaqlar üçün cəlbedici hala gətirilən bütün qazlı, südlü və bol şəkərli içkilər piylənmə üçün risk faktorudur. Bunların tək təhlükəsi piylənməyə səbəb olmaları deyil. Belə içkilər həm də tərkibində kanserogen maddələr olduğu üçün böyük riskdir. Onlar şəkər asılılığı yaradırlar. Bunları içən uşaq getdikcə daha çox istehlak etmək istəyir. Tərkibi tam olaraq bəlli olmayan bu içkilərdəki bəzi maddələr zəhərli təsir göstərəcək qədər təhlükəli ola bilər”. O, bunun diqqət çatışmazlığı və hiperaktivlikdən tutmuş hipertoniya, ürək xəstəlikləri və orqan pozğunluğuna, hətta xərçəngə qədər bir çox problemə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib: “Əvvəllər fəst-fuddan danışılırdı, indi içkilər də gündəmdədir. Elə içkilər var ki, bir stəkan 500 kaloridir. Uşaqları tələyə salan bu içkilər onların gələcəyini təhlükə altında qoyur”. Bora Baysal valideynlərə uşaqlarda adi su, ayran, kefir və evdə hazırlanmış təbii şirələr içməyi vərdiş halına gətirməyi tövsiyə edib.