QAZAĞIN XEYRİMLİ KƏNDİ AZƏRBAYCANA QAYTARILIB ?
Baxış sayı: 688
Ermənistan parlamentinin deputatı Qeqam Nazaryanın sosial şəbəkə hesabında paylaşdığı status gündəm olub. Belə ki o, 8 mart 1992-ci ildən Ermənistanın işğalı altında olan Qazax rayonunun Xeyrimli kəndinin artıq Azərbaycana təhvil verildiyini iddia edib. “Babamın evinin həyətində dayanıb günəşin nə vaxt batacağını görmək, işlərimi planlaşdırmaq qərarına gəldim və burada Nikol, Ararat Mirzoyan və Google-dan belə bir sürpriz var”, - deyə deputatın kənddən paylaşdığı məlumatda deyilir. Deputatın statusuna gələn rəylərdə isə ermənilər Qazaxın kəndlərinin Azərbaycana çoxdan təhvil verildiyini, lakin hələlik açıqlanmadığını vurğulayıblar. Qeyd edək ki, Qazax rayonunun 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bunlar Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləridir.