QAZAXISTAN MİLLİ ALAÇIĞI BAKI BULVARINDA

Qazaxstanla Azərbaycan arasında diplomatik münasibətlərin 30 – cu ildönümünün qeyd edilməsi çərçivəsində Bakının dənizkənarı bulvarında Qazaxstan milli alaçığı qurulub. Qazaxstanın mədəniyyəti və milli mətbəxi ilə yaxından tanış olmaq istəyən Bakı sakinləri sərgiyə üz tutublar. Qeyd edək ki, avqustun 31 – dək öz işini davam etdirəcək layihə çərçivəsində Alma – atı və Şınkent şəhərləri, Alma – atı Türküstan və Manqıstan vilayətləri öz turizm potensiallarını nümaiş etdirir, mədəni konsert və əyləncə proqramları təşkil olunur. Tədbirlər Qazaxstan səfirliyinin Discover Alma – atı turizm şirkətinin, AİR Astana aviaşirkətinin və Qazaxstanın Azərbaycandakı ticarət evinin dəstəyi ilə həyata keçirilir.