QATARLA GEDİŞ PULU AZALDILDI

Azərbaycan Dəmir Yolları QSC Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarda mövsümi endirim kampaniyasına start verib. Azərbaycan Dəmir Yolları QSC-nin yaydığı məlumata əsasən bu gündən etibarən üç ay müddətində Bakı-Gəncə-Bakı marşrutu üzrə standart yerlər üçün satılan biletlərin qiymətində 25 faizlik endirim tətbiq olunur.Kampaniya çərçivəsində sərnişinlər standart (ekonom) yerlər üçün 15 manat ödəyərək səfər edə biləcəklər. Biznes və birinci klass yerlərə gediş haqqı dəyişilmədən saxlanılır.