QARŞILIQLI ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLİB

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamel Alqubaisinin rəhbərlik etdiyi nümayəndə heyəti Qubada olub.

Nümayəndə heyəti ilə Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonağa Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib. Səfir Məhəmməd Əhməd Hamel Alqubaisi BƏƏ-Azərbaycan münasibətlərinin intensiv inkişaf etdiyini bildirərək, ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Görüşdən sonra qonaqlar “ABAD Quba Factory” istehsalat kompleksi, xalçaçılıq müəssisəsi və rayonun başqa görməli yerləri ilə tanış olub