QARŞIDAKI İLLƏRDƏ SEL VƏ QAR UÇQUNLARI ARTACAQ

Himalay buzlaqları 2010-cu ildən əvvəlki onilliklə müqayisədə 65 faiz daha sürətlə əriyir.Bu barədə Nepalda yerləşən İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə

Beynəlxalq Mərkəzin (ICIMOD) dərc etdiyi hesabatda qeyd edilir. Hesabatda bildirilib ki, bu vəziyyət artan temperaturların artıq öz təsirini göstərməyə başladığını göstərir. İstixana qazı emissiyaları əhəmiyyətli dərəcədə azalmasa, buzlaqların 2100-cü ilə qədər öz həcminin 80 faizini itirə biləcəyi vurğulanıb. Həmçinin qeyd olunub ki, qarşıdakı illərdə sel və qar uçqunları artacaq.Qeyd edilib ki, "görünməmiş sürətlə" əridiyi bildirilən buzlaqlar Çin, Hindistan və Pakistan da daxil olmaqla 16 ölkədə 2 milyarda yaxın insanı şirin su ilə təmin edən 12 çayı qidalandırır. Hesabatın müəlliflərindən biri, miqrasiya üzrə ekspert Əminə Maharcanın sözlərinə görə, qlobal istiləşməyə demək olar ki, heç bir töhfə verməyən bu insanlar iqlim dəyişikliyi səbəbindən yüksək risk altındadırlar. Buzlaqların belə sürətlə əriməsi Hindistan, Pakistan, Çin və digər ölkələrdə 1 milyard 650 milyon insanın suya çıxışına mənfi təsir göstərə bilər.