QARLI HAVA KƏND TƏSƏRRÜFATI ÜÇÜN VACİBDİR
Baxış sayı: 461
Yeni ilin ilk on günlüyündə ölkə ərazisində havanın qarlı keçməsi əkin sahələrində gələcək məhsuldarlığın xəbərvericisidir. Yanvarın 7-dən 8-nə keçən gecədən başlayan qar Şimal bölgəsini də ağ örpəyə bürüyüb. Bu hava şəraiti həm də kənd təsərrüfatı üçün vacibdir. Qeyd edək ki, qar örtüyünün bağçılıqda olan faydaları da az deyil. Bağda olan ziyanvericilər qışda daha çox aktiv olur və ağac qabığında, kökündə özünə məskən salır. Qarlı-şaxtalı hava şəraiti isə həmin həşəratların və ziyanvericilərin məhv olmasına müsbət təsir edir.