Quba rayonunun 1-ci Nügədi İƏD 1-ci Nügədi,Qaraçay və Mirzəqışlaq kəndlərini əhatə edir.Ərazidə yaşayan 11603 nəfər əhalinin milli tərkibi azərbaycanlılarla yanaşı xınalıq,ləzgi,buduğlu,tat və mesxeti türklərindən ibarətdir.
2 tam orta, 2 ümumi orta,1 ibtidai məktəb,1 uşaq bağçası,1 həkim məntəqəsi,1 kitabxana 2 feldşer məntəqəsi, 1 poçt şöbəsi və ATS fəaliyyət göstərir.Bu barədə məlumat Quba rayon İcra Hakimiyyəti başçısının 1-ci Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2019-cu ildə görülmüş işlərə dair hesabat yığıncağında səsləndirilib.İcra nümayəndəsi Babək Orucov məruzəsində onu da qeyd edib ki,hesabat dövründə təmir-tikinti,sosial yönümlü tədbirlərin icrasına mühüm əhəmiyyət verilib.Hesabat yığıncağında çıxış edən Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev son dövrlər rayonun bütün yaşayış məntəqəlirində olduğu kimi 1-ci Nügədi İnzibati ərazi dairəsi üzrə də əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, kəndlərdə yaşam vəziyyətinin daha da yüksəldilməsi istiqamətində mühüm işlər görülüb.Yollar əsaslı təmir olunub,yaşayış məntəqələrinin elektrik enerjisi, təbii qaz, içməli və suvarma suyu təminatı yaxşılaşdırılıb.Yeni məktəblər tikilib istifadəyə verilib. Qeyd edək ki, Quba rayonu üzrə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi hesabat yığıncağında vətəndaşların müraciətləri də dinlənib.Həlli vacib məsələlərin icrası ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verilib.