QARAÇAY QƏSƏBƏSİNDƏ QURUYAN SU QUYUSU BƏRPA EDİLƏCƏK
Baxış sayı: 405
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Birinci Nügədi kənd inzibati ərazi dairəsinin Qaraçay qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirmib. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Quba rayon Polis şöbəsinin rəis müavini, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.