QARADƏNİZ BÖLGƏSİNDƏ SEL FƏLAKƏTİ

Türkiyənin Qara dəniz bölgəsində yağan aramsız yağışdan sonra sel fəlakəti bölgəni ağuşuna alıb. Fəlakət nəticəsində itkin düşən yüzdən çox insanın axtarışları davam edir. Xüsusilə ölkənin Kastamonu, Sinop və Bartın vilayətlərinə təsir göstərən fəlakət zamanı çox sayda tikili dağılıb və ya ciddi zərər görüb, körpülər və yollar çöküb, ev, iş yeri və əkin sahələrini sel suları basıb. Axtarış-xilasetmə işlərinə çox sayda texnika, xüsusi təlim keçmiş itlər və min nəfərə yaxın canlı qüvvə cəlb olunub.