QARABAĞDAKI ERMƏNİLƏRƏ BƏD XƏBƏR VERİLDİ

Sərsəng su anbarında vəziyyət çox acınacaqlı və kritikdir. Ermənistan tərəfi Sərsəngin

dekabrdan öncə və hazırkı vəziyyətini əks etdirən fotolar yayımlayaraq problemin ciddi olduğunu bildirib.Xüsusilə qış aylarında Xankəndinin elektrik enerjisi ilə təmin olunması üçün Sərsəng üzərində ermənilərin inşa etdiyi su elektrik stansiyası fasiləsiz işləyib və anbara həddindən artıq güc düşüb.Nəticə olaraq bölgənin yay aylarında su təminatı məsələsini sual altındadır, bu istiqamətdə ciddi problemlərin yaşanacağı gözlənilir. Xatırladaq ki, ötən ilin avqustunda Azərbaycan meliorasiya və su təsərrüfatının nümayəndələri yerli erməni mütəxəssislərin iştirakı ilə Sərsəng su anbarına baxış keçirib. Görüşdə əsasən iki məsələ - su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlarına su verilməsinin bərpası müzakirə olunub. Təəssüf ki, bundan sonra əməkdaşlıq davam etmədiyindən, mövcud problem həllini tapmayıb.

{youtube}mG0nFoywvy4{/youtube}