QARABAĞA İLK YATIRIM EDƏN İŞ ADAMI QUBADA
Baxış sayı: 843
Respublikanın hər yerində olduğu kimi Qubada da Milli Qurtuluş günü keçirildi.
Bayram tədbirindən öncə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq mühafizə orqanı əməkdaşları və bir qururp qubalı iş adamları Ulu Öndər Heydər Əliyevin abidəsinin qarşısına gül dəstələri qoyublar və xatirəsini ehtirama yad ediblər. Ulu Öndərin xatirəsi anıldıqdan sonra rayonda bayram münasibətilə konsert proqramı təşkil edildi. Konsert proqramından öncə Azərbaycan respublikasının dövlət himnin səsləndirildi və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərimizn əziz xatirəsi anıldıqdan sonra çıxış üçün ilk söz Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə verildi. Milli Qurtuluş günü ilə bağlı bütün qubalıları təbrik edən rayon rəhbəri Qurtuluş Gününü önəmindən danışdı. Vurğulandı ki, Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən zəfər tarixidir.