QARABAĞA 1 MİLYON TURİSTİN SƏFƏRİ PLANLAŞDIRILIR

2025-ci ilə qədər təxminən 1 milyon yerli və xarici turistin işğaldan azad olunan ərazilərə səfəri planlaşdırılır ki, bu da kifayət qədər böyük maliyyə vəsaiti deməkdir.Bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov bildirib.