QARABAĞ MÜHARİBƏSİNİN HƏQİQƏTLƏRİ FRANSADA
Baxış sayı: 520
Birinci Qarabağ müharibəsinin acı həqiqətlərini özündə əks etdirən foto Fransanın Lozert şəhərində keçirilən sərgidə nümayiş olunur. “Report”un Fransa bürosu xəbər verir ki, Fransanın cənubunda yerləşən orta əsrlər şəhəri Lozertin tarixi küçələrində açıq havada baş tutan tədbirdə dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqatinin “İnsan təbiəti” adlı fotosərgisi keçirilir.
Lozert meriyasının təşkil etdiyi sərgidə tanınmış fotojurnalistin “Qayğısızlıq və ümidsizlik” fotosu Birinci Qarabağ müharibəsinin acı həqiqətlərini özündə əks etdirir. Foto 1997-ci ildə çəkilib. Sərgi sentyabrın 30-dək davam edəcək