QARABAĞ ERMƏNİLƏRİ AZƏRBAYCAN VƏTƏNDAŞLIĞI İSTƏYİR
Baxış sayı: 630
Son günlər sosial şəbəkələrdə bir – birinin ardınca Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən erməni millətindən olan bir neçə şəxsin videomüraciəti yayımlanıb. Azərbaycan çoxmillətli, çoxkonfensiyalı dövlətdir. Odur ki, ermənilər də ölkəmizdə yaşayan digər millətlər kimi Azərbaycan vətəndaşlığını qəbul edib pasport ala bilərlər. Bu zaman belə bir sual meydana çıxır. Bəs Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı necə verilə bilər ? Onlara hansısa bir status verilə bilərmi? Əfsuslar olsun ki, Ermənistan rəhbərliyi qanuni əsaslarla Azərbaycan vətəndaşı olmaq istəyən erməniləri qorxutmaqla məşğuldur. Üstəlik Qarabağda yaşayan əhali arasında Azərbaycan və azərbaycanlılarla sülh şəraitində yaşamağın zəruriliyini bildirən vətəndaşları təxribatçı adlandırırlar. Bu da ermənilərin Ermənistan vətəndaşlığından imtina etməkldə haqlı olduqlarını göstərir.