"QARABAĞ" BALI AZƏRBAYCANA VALYUTA QAZANDIRACAQ

Azərbaycan balının, eyni zamanda, azad edilmiş ərazilərdə istehsal edilən balın “Qarabağ” brendi adı altında Avropa İttifaqı ölkələrinə ixracı gözlənilir. Bunu Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə torpaqlarımız azad edilməzdən öncə ermənilər “Kalbajar” adı altında ərazilərimizdə istehsal edilən balı Avropaya göndərirdilər, "Biz aktivləşsək, erməniləri dünya bazarından çıxara bilərik”. B.Həsrətovun sözlərinə görə, bu il başlayandan işğaldan azad olunan torpaqlarda təxminən 20 min arı ailəsi yerləşdirilib. Assosiyasiya sədri həmçinin vurğuladı ki, işğaldan azad edilən torpaqlarımızda arıçılığın inkişafı üçün münbit şərait var. Bu yerlərdə arıçılıq sürətlə inkişaf edəcək.