QARABAĞIN QIŞ TURİZMİ ÜÇÜN ƏLVERİŞLİ BÖLGƏLƏRİ

İşğaldan azad olunan ərazilərimiz, xüsusilə də Şuşa və Kəlbəcər qış turizmi üçün olduqca əlverişli hesab olunur. Burda ilin demək olar ki, bütün fəsillərində dağların zirvəsində qar görmək mümkündür. Habelə həm Şuşa, həm də Kəlbəcər ərazisində tarixi abidələr də çoxdur. Bu ərazilərdə yaradılacaq infrastruktur, gələcəkdə turistlərin bu bölgələrə daha rahat gediş-gəlişini təmin edəcək.