QAN XƏSTƏLİKLƏRİ OLAN İNSANLARA YARDIM
Baxış sayı: 533
Qubada müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara köməklik məqsədilə qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyasında müxtəlif yerli qurum və təşkilatların nümayəndələri, eləcə də rayon sakinləri könüllü olaraq iştirak ediblər. Talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən insanlara köməklik məqsədilə keçirilən qanvermə aksiyasında iştirak etmək istyənlər qeydiyyatdan və yoxlanışlardan keçdikdən sonra aksiyada iştirak ediblər.
Qanvermə aksiyası zamanı alınan qan hepatit B, C və siflis infeksiyalarından yoxlandıqdan sonra qanköçürməyə ehtiyacı olan xəstələrə köçürülür. Mərkəzi Qan bankının Quba bölməsinin rəhbəri Gülnaz Səfərovanın da dediyi kimi bir insanın verdiyi qan 3 insanın həyatını xilas edir
Onu da xatırladaq ki, səhər saatlarından başlayan aksiya axşam 6-ya qədər davam edib.
#Quba #qanbankı #qanvermə