QAMQAMDA SAKİNLƏRİN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rustov kənd inzibati ərazi dairəsinin Qamqam kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Qəbulda Quba rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülən işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Qamqam kəndində inşa edilən Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirə-bulaq kompleksinin və Qamqam kənd tam orta məktəbinin qarşısında qoyulan Birinci Qarabağ Müharibəsi şəhidi Mübariz Abdullayevin büstünün qarşısına gül dəstələri düzüb.