QALAALTI KƏNDİNİN TURİZM POTENSİALI

Regionların Sosial-İqtisadi İnkişafı dövlət proqramına əsasən Siyəzən rayonunun dağlıq ərazilərindəki kəndlərdə , həmçinin də Qalaaltıda icra olunan sosial-infrastruktur layihələri bu yaşayış məntəqələri

sakinlərinin yaşayış vəziyyətini yaxşılaşdırmaqla yanaşı turizm potensialının artımına da səbəb olub. Çıraqqala Şabran rayon inzibati vahidliyi tərkibində olsa da bu tarixi qala ətrafındakı Qalaaltı kəndi Siyəzən rayon inzibati vahidliyinə daxildir. Regionların Sosial-İqtisadi İnkişafı dövlət proqramına əsasən Siyəzən rayonunun dağlıq ərazilərindəki kəndlərdə , həmçinin də Qalaaltıda icra olunan sosial-infrastruktur layihələri bu yaşayış məntəqələri sakinlərinin yaşayış vəziyyətini yaxşılaşdırmaqla yanaşı turizm potensialının artımına da səbəb olub. Çıraqqalaya istər Siyəzən, istərsə də Şabran rayonları istiqamətlərindəki yolların abad olması Bakıdan 120 km məsafədə yerləşən bu tarixi qalaya gələn turistlərin say artımına səbəb olub.Şabran rayonu istiqamətindən çəkilən və hazırda inşası davam etdirilən yeni yol isə  Çıraqqalaya və Qalaaltı Sanatoriyasına respublikamızın şimal bölgəsindən hərəkəti asanlaşdırmaqla yanaşı ətraf kəndlərdə yaşayanların sosial rifahına da müsbət töhfələrini verəcək