QAİ ERMƏNİSTAN RƏHBƏRLİYİNƏ MÜRACİƏT EDİB
Baxış sayı: 50
Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi istiqamətində Azərbaycan tərəfinin mövqeyi qətiləşdikcə, Ermənistanda təşviş dərinləşir. Ölkənin rəsmi tərəflərinn açıqlamalarında prossesə dair münasibət heç də birmənalı deyil. Belə ki, XİN Ararat Mirzoyan son açıqlamasında Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq tələbini, rəsmi Bakının ərazi iddiaları kimi dəyərləndirir. Onun sözlərinə görə ötən əsrin sonlarında 160 mindən çox azərbaycanlının böyük bir qisminn təzminatı Ermənistan hökuməti tərəfindən qarşılanıb. 12 mindən çoxu isə Azərbaycanda yaşayan ermənilərlə evlərini dəyişiblər. 100 ailə isə mənzillərini sataraq yaşadıqları yeri tərk edib. Yaxın tarixə nəzər salsaq görərik ki, İrəvan rəsmilərinin mövqeyi, əslində həqiqəti təhrif etməkdən başqa bir şey deyil. Qeyd edək ki, Ermənistandan 1980-ci illərin sonu və 1990-cı illərin əvvələrində deportasiya olunan azərbaycanlıların sayı 300 mindən çoxdur. Qərbi Azərbaycan İcması doğma yurdlarına qayıdışla bağlı Ermənistan rəhbərliyinə müraciət edib. Lakin rəsmi İrəvan bu müraciəti hələ də cavabsız qoyur.