QAFQAZIN TÜRKLƏRİ - TÜRKLƏRİN QAFQAZI

Qafqaz Qara dənizlə Xəzər dənizi arasında yer alan, Avropa ilə Asiyanı, şərqlə qərbi qovuşduran, buna görə də mühüm gesosiyası önəm daşıyan bir ərazidir. Qafqazın önəmli çoğrafi mövqeyi tarix boyunca fərqli millətlərin, böyük imperiyaların bu ərazini ələ keçirmək uğrunda gərgin mübarizə aparmasına gətirib çıxarırdı. Sonucda isə bu gün fərqli dilli və etnik tərkibli bir Qafqaz regionu dünya xəritəsində yer almaqdadır. Amma maraqlı burasıdır ki, qafqaz regionu ilə bağlı tarixi məslələrdən danışılanda, “Qafqaz xalqları” ifadəsi işlədilərkən daha çox, bu gün qafqazdilli adlandırdığımız xaqlar, bununla yanaşı, əslində hind avropa dillərinin özəl bir qanadını təşkil edən ermənilər, gürcülər nəzərdə tutulur. Oysa, Qafqazın etnik tərkibinə nəzər yetirsək aydın şəkildə görə bilərik ki, Qafqaz bölgəsinin əhalisinin keçmişdən günümüzə böyük bir hissəsini məhz Türklər, Türk xalqları təşkil edib.