QAFQAZ TÜRKLƏRİN DƏ VƏTƏNİDİR

Qafqaz dedikdə göz önünə Qafqaz sıra dağları və dağlar qoynundakı gözəlliklər gəlir. Bəs Qafqaz regionundan kənarda “qafqazlı” deyildikdə hansı insan obrazı göz önünə gəlir? Bəli,yanılmadınız. Qafqazlı deyildikdə daha çox, bu gün qafqazdilli adlandırdığımız xalqlar, bununla yanaşı, əslində hind avropa dillərinin özəl bir qanadını təşkil edən ermənilər, gürcülər nəzərdə tutulur. Maraqlıdır ki, Qafqaz bölgəsinin əhalisinin keçmişdən günümüzə böyük bir hissəsini Türk xalqları təşkil etdiyi halda niyə türklər qafqazın yerli xalqı sayılmır?