QAFQAZ TV YARADICI BİRLİYİ ÖDÜLLƏRİ TOPLAMAĞA DAVAM EDİR.

 “E-MEDIA GROUP” Media qurumu hər il olduğu kimi "ŞƏMS" Milli Mükafatını sahiblərinə möhtəşəm mərasimlə təqdim edib.Nəsiminin 650 illiyinə həsr olunan mükafatlandırma gecəsində Qafqazın ilk Turizm və Biznes kanalı Qafqaz tv də iştirak edib. Televiziyanın rəhbəri Eltən Qədimbəyli "ŞƏMS"milli mükafatına layiq görülüb.

E-Media Group-un təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "ŞƏMS" milli mükafatlandırma mərasimi keçirilib. ŞƏMS" Milli Mükafatlandırma gecəsi Nəsimiyə həsr olunan Xüsusi açılış proqramı ilə start götürdü. Mükafatlandırılma gecəsində müxtəlif sahələrdə mədəniyyət və incəsənət, Dəb, elm, idman, biznes, media, və digər sahələrdə uğur qazanmış şəxslər və şirkətlər iştirak edirdi.Əvvəlcə “E-MEDIA GROUP” -un sədri bu təşəbbüsün əsas məqsədi haqqında danışaraq bildirib ki, məqsəd ən yaxşı işləri görən insanların dəyərinə dəyər qatmaqdır! Bildirilib ki, mükafatlanma gecəsində Azərbaycanımızın seçilən, uğurlu və ən yaxşılarını bir araya toplayaraq Şəms Milli Mükafatı ilə təltif edilir. Mükafata layiq görülənlər arasında Qafqaz Televiziyasının rəhbəri Eltən Qədimbəyli də olub.Qafqazın ilk Turizm və Biznes kanalı Qafqaz tv yaradıcı birliyi uğurlarını artırmaqda davam edir.Bu mükafat ölkənin ən uğurlu insanlarını topluma tanıtmaq, onların il ərzindəki işgüzarlığını qiymətləndirmək ,qarşıdakı işlərinə motivasiyadir. Mükafatlandırma gecəsi Bakı gənclər mərkəzində baş tutub.