Bu dəfə “Çöl”də olmağımızın xüsusi bir səbəbi daha var idi.Təbiətdən zövq almaq, şəhərin stresindən qurtulmaq, yenilənmək yox həm də, ən əsas – çağdaş insan üçün yeni bir şey olan çöldə yaşamın ruhunu anlamaq , çölçü olmağın fəlsəfəsini yaşamaq üçün hər dəfə çölə üz tutan Qafqaz tv yaradıcı birliyini bu dəfə çölə çıxaran xüsusi səbəb daha var idi.
Bu dəfədə çöldəydik. “Biz hamımız əslində Çöl adamıyıq, sadəcə bunu bizə xatırladan lazım idi” fikriylə yola çıxan Qafqaz tv yaradıcı birliyi yenədə güc aldığı,yeni yeni ideyaların doğduğu təbiətdə dinclik tapdı.Çölçülər,yəni biz təkcə bu dəfəki çöldə olmağımızın xüsusi bir səbəbi daha vardı.Qafqaz tv-nin baş direktoru Eltən Qədimbəylinin dəvəti ilə Türkiyədən ölkəmizə gələn Gələnəksəl Türk Oxçuluğunun mükəmməl bilicisi Mirsad Durmazın gəlişi.Birlik üzvləri üçün də göydən düşmə fürsət olan sözügedən təlimdə bu tarixi idmanın bütün xırdalıqlarını öyrəndilər.Təlimdə Gələnəksəl Türk Oxçuluğu haqqında çölçülərə geniş məlumat verilib və oox atmağı bilməyən çölçülərə ox atmağın qaydaları göstərilib və bacarıqlarının artırılması üçün yeni yöntəmlər izah olunub. Buradan Azərbaycandan ,Qubadan ,televiziymızdan,obadan çox xoş təəssüratlarla qayıdacağını deyən Mirsad Durmazın əsas məqsədi türk oxçuluğunu bütün dünyaya tanıtmaq və bu qədim idman növünə dünyanın hər yerində idmançılar qazandırmaqdır və onun fikrincə insanlar arasında indi bu oxçuluğa maraqda az deyil. Çölçü klubu olaraq azda olsa ox atmağı bilsək də ,sözügedən təlimdən sonra Türkiyədən dəvət olunmuş peşəkar təlimçi vasitəsilə bu ənənəni dərindən öyrənib yaşatmağa davam edəcəyik.