QAFQAZ TV YARADICI BİRLİYİ BİLİK VƏ BACARIQLARINI ARTIRMAĞA DAVAM EDİR

 Daim inkişaf yolunda olan Qafqaz TV mütəmadi olaraq seminarlar, televiziya sahəsində ölkənin tanınmış şəxləri ilə görüşlər keçirir. Bu dəfə televiziyamızın qonağı, 17 ildir Azərbaycan efir məkanında başda xəbərlər olmaqla bir sıra analitik programların aparıcısı olan Günay Yelmarqızı oldu.

Günay xanım Qafqaz Tv-nin əməkdaşları ilə öz aparıcılıq təcrübəsini və bilgilərini bölüşdü. Aparıcılığın sirrlərini bölüşən Günay Yelmarqızı, əməkdaşlarımızın suallarını cavablandırıb və qafqaz tv yaradıcı birliyi ilə birgə praktiki məşğələlər keçib. 2 saata yaxın davam edən görüş-təlimdə Qafqaz TV-nin çalışanları və təcrübəçiləri Güney Yelmarqızının çətin, lakin bir o qədər də qürurverici aparıcılıq yolundan xatirələrini dinləyiblər. Sonda Günay Yelmarqızı bizimlə seminarla bağlı düşüncələrini paylaşıb.