QAFQAZ TV SIRALARINI ARTIRMAĞA DAVAM EDİR

Yeni-yeni istedadlar axtarışında olan Qafqaz Tv, növbəti kastinqini keçirdi. Kastinqdə nələr baş verdi, aramıza qatılmağa kimlər haqq qazandı?

Azərbaycanın gənc və istedadlılarını ətrafına toplamağı, güclü və dinamik komanda qurmağı hədəfləyən Qafqaz Tv, növbəti dəfə istedadlar axtarışında idi. Bu məqsədlə televiziyamız daha bir kastinq təşkil etdi. Ölkəmizin müxtəlif bölgələrindən 20-dən çox iştirakçının qatıldığı kastinq 2 saata yaxın davam etdi. Müxtəlif peşə sahiblərinin və tələbələrin iştirak etdiyi kastinqdə qatılımcılar munsiflərimizin sullarını cavablandırdılar, özləri, peşələri və televiziyamızda görmək istədikləri işlərlə bağlı bilgilər verdilər.bizdə fürsətdən istifadə edib bəzi qatılımcılardan kastinqlə bağlı təssüratlarını öyrəndik.Münsiflər heyyətinin sual və sınağından keçən bir neçə qatılımcı kanalımızda çalışmaq və təcrübə proqramımızda iştirak etməyə haqq qazındı. Bizimlə birlikdə çalışmaq, bilmədiklərinizi öyrənmək və ən əsası səmimi ailə ortamında olmaq istəyirsinizsə, növbəti kastinqinqlərimizə qatılmağa tələsin.