QAFQAZ TV- DƏ İLİN İLK KASTİNQ HƏYƏCANI.

Müxtəlif vakansiyalar üzrə müraciət edən gənclər Qafqaz tv-nin onlar üçün yaratmış olduğu şərəaitdən razılıqlarını bildirdilər Qafqaz tv-nin bu dəfəki seçim turunda 20-yə yaxın gənc iştirak etdi.

Bizimlə birgə addımlamağa haqq qazanan,seçilən yeni əməkdaşların bilgili,yenilikçi ,öyrənmək həvəslərinin çox olmalarına üstünlük verildi. Kastingdə təkcə şimal regionundan deyil həmçinin respublikanın müxtəlif bölgələrindən də gənclər qatılmışdı.Onlar məsafənin uzaqlığını problem kimi görmür Qafqaz tv nin əməkdaşı olmağa ,bizimlə birlikdə yeniliklərə imza atmağa hazır olduqlarını bildiriblər. Fərqli baxış bucağı olan yaradıcı insanların toplaşdığı televiziyamızın hədəfləri olduqca böyükdür. Qafqaz tv yeniliklərə açıq bir media qurumu olmaqla yanaşı ,həmdə qafqazın qədim gələnəksəllərini , doğanı və ümumilikdə Qafqazı dünyaya tanıtmağa çalışan çağdaş bir televiziyadır. Qarşımıza qoyduğumuz hədəflərə daha tez çatmaq və arzu etdiyimiz komandanı qurmaq üçün yeni seçim turlarını həyata keçirməyi hələ yenə də davam edəcəyik.Sizdə bizim ailəmizin bir parçası olmaq üçün növbəti kastinglərimizdə özünüzü sınaya bilərsiniz.