BƏƏ Prezidenti Məhəmməd bin Zaid ən-Nəhayyən Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin görüşünü təşkil etmək istəyir. Bu
barədə qərb KİV-lərində bilgi yayılıb. Təkliflə bağlı ABŞ Prezidenti və Roma papası da bilgiləndirilib. Hər iki lider bu təklifə müsbət münasibət bildirib. Razılıq olarsa görüş noyabrda Dubayda keçiriləcək ekoloji forumda reallaşa bilər. Hələlik isə nə Zelenski nə də Putin sözügedən tədbirdə iştirakını təsdiq etməyib. Bundan əvvəl Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə bağlı atəşkəs və danışıqlar şəklində kompromis mövqelərin ola bilməyəcəyini bildirib . O, Zelenskinin sülh formulunu yeganə əsas “danışıq təməli” hesab edir.