Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.
İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.Qırğızıstan Prezidenti Sadır Japarov 1-ci dərəcəli “Manas” ordenini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev isə “Heydər Əliyev” ordenini Qırğız Respublikasının Prezidenti Sadır Japarova təqdim etdi. İyulun 31-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun və birinci xanım Ayqul Japarovanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.
