PREZİDENT VƏ VİTSE-PREZİDENTDƏN UŞAQLAR GÜNÜ İLƏ BAĞLI PAYLAŞIM

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib. Paylaşımda deyilir: “Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram”. Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram”.